Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bu günə olan COVID-19 STATİSTİKASI: 5 nəfər vəfat etdi

  • 2021.01.27 16:20
  • 1641 Baxış
Azərbaycanda bu günə olan COVID-19 STATİSTİKASI: 5 nəfər vəfat etdi

Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Medicina"-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7458, bu günə qədər isə ümumilikdə 2 380 074 test icra olunub.