Səhiyyə nazirinin müavini Viktor Qasımov Azərbaycanda bu vaxta kimi 300 nəfərə yaxın tibb işçisi koronavirusa yoluxduğunu açıqlayıb. Onların 65%-i artıq sağalıb.
Medicina.az xəbər verir ki, yoluxanların heç də hamısı koronavirus xəstələrinin ayrıldığı tibb müəssisələrində baş verməyib.
Təəssüf ki, digər profilli tibb müəssisələrində yoluxma olub və bir çox tibb işçiləri gündəlik həyat şəraitində xəstə insanlardan yoluxublar.