Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329794 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7948, ötən müddət ərzində isə ümumilikdə 3698172 test aparılıb.