Azərbaycanda bu gün koronavirus infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu gün son aylarda ilk dəfə olaraq, koronavirusdan ölüm faktı qeydə alınmayıb.
Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.