Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bu gün də maqnit qasırğası olacaq

  • 2025.01.06 14:52
  • 673 Baxış
Azərbaycanda bu gün də maqnit qasırğası olacaq


Günəşdə fəallığın artması səbəbi ilə 01 yanvarda geomaqnit qasırğası başlamış və G4 (şiddətli qasırğa) səviyyəsinədək yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bəbabərdir və kosmik hava aktivdir.

"Medicina" xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, geomaqnit sahəsi - müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınları 08 yanvaradək təsir göstərəcək. Əlavə olaraq 06 yanvarda baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1-G2 səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.