Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bu əməliyyatın qiyməti 45 min manatdır - Həkim

  • 2021.04.21 19:04
  • 2002 Baxış
Azərbaycanda bu əməliyyatın qiyməti 45 min manatdır  - Həkim

Azərbaycanda qaraciyər köçürülməsi əməliyyatı 40-45 min, böyrək köçürülməsi isə təxminən 12 min manat civarındadır. Bu qiymətə həm xəstənin, həm də donorun əməliyyatı, dərmanlarla təmin edilməsi və s. məsələlər daxildir.

Medicina.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.

O bildirib ki, orqan transplantasiya əməliyyatlarının qiymətləri ilə bağlı məsələ müzakirə olunur:

“Düşünürəm ki, müəyyən zaman ərzində orqan köçürülmə əməliyyatı icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olacaq. Bu baş verərsə, həm donor sayı, həm də xəstələrin əməliyyat olma şansı artacaq”.