Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bu 4 orqana ehtiyac var: “Sirroz xəstələri çoxdur”

  • 2019.02.15 11:35
  • 8465 Baxış
Azərbaycanda bu 4 orqana ehtiyac var:  “Sirroz xəstələri çoxdur”

 

"Bu gün Azərbaycanda ən çox transplantasiyana ehtiyac duyulan orqanlardan 1-ci yerdə böyrəklər, 2-ci qaraciyərə - sirroz xəstələrinin sayı çoxdur. 3-cü yerdə sümük iliyi, 4-cü gözün buynuz qişasıdır”.

 

Bunu AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov Medicina.az-a açıqlamasında deyib. Onun sözlərinə görə bu sahə üzrə ciddi işlər aparılır: "Bu sahədə ilkin işlər aparılır. Həm bizim Tədris Cərrahiyyə klinikasında, həm Mərkəzi Klinikada, həm də başqa bir sıra klinikalarda böyrək və qaraciyər transplantasiyaları həyata keçirilir. 


Respublika diaqnostika mərkəzi və Z. Əliyeva adına göz institutunda gözün buynuz qişasının köçürülməsi artıq həyata keçirir.

Bunlar bizim artıq ilkin uğurlarımızdır.


Transplantasiya sahəsində həm təşkilatı  işlərə, həm qanun bazasının möhkəmləndirilməsinə böyük ehtiyac var”.


N.Bayramov qeyd edib ki, bu günə qədər ATU Tədris Cərrahiyyə Klinikasında 7 böyrək köçürülməsi əməliyyatı həyata keçirilib:

 

"Yaxın vaxtlarda qaraciyər transplantasiyası nəzərdə tutulur. Böyrək köçürülməsinin da sayı artırılacaq. Bu konfrans ölkəmizdə transplantasiya və donorluq qanunu layihəsinin hazırlanması ərəfəsinə təsadüf edir. Bu sahədə Milli Məclisdə işçi qrupu yaradılıb. Qanunlarmızda yeni dəyişikliklər olunacaq. Burda koordinasiya mərkəzinin, etika komissiyasının, donorların hüquqları komissiyasının yaradılması nəzərdə tutulur”.

 


Aygün Musayeva

Çingiz

Medicina.az