Ehtimal ki, "Delta" ştammı Azərbaycanda da mövcuddur. Dörd qonşu ölkəmizdə - İran, Türkiyə, Rusiya və Gürcüstanda varsa, bizim ölkəmizdə də var. Bu ölkələrlə əlaqələrimiz var, təyyarə nəqliyyatı vasitəsilə də gediş-gəliş mövcuddur.
Medicina.az xəbər verir ki, bu sözləri publika.az-a müsahibəsində tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
"Yay aylarıdır, insanlar səyahət üçün bu ölkələrə səfər edirlər. Mümkün deyil ki, bizdə aşkar olunmasın. Burada da aşkar olunacaq. COVID-19-da hansı tədbirlər tətbiq olunurdusa, bunda da eynilə o tədbirlər həyata keçiriləcək.
“Delta” Azərbaycanda aşkarlanarsa, əlavə sərt tədbirlər yoxdur ki, onu tətbiq edək. Bu da hava-damcı infeksiyalarıdır, bu növ infeksiyalarda görülən tədbirlər eynidir. Bu günə qədər COVID-19 infeksiyasında hansı sərt tədbirlər tətbiq edilibsə, o tədbirlər də görüləcək. Xüsusi başqa bir tədbir yoxdur".