“ÜST-ün məlumatlarına əsasən, böyrək daşı xəstəliyinin yayılma ocaqlarından biri Qafqaz regionu hesab olunur”.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rauf Nağıyev "Böyrək daşı xəstəlikləri" mövzusunda danışarkən deyib.
Onun sözlərinə görə, Qafqaz ən geniş endemik ocaqlardan biridir:
“Bizim ölkədə isə şimal və şimal-qərb bölgəsində - Quba, Qusar, Xaçmaz, Zaqatala və Qax rayonlarında böyrək daşları ilə bağlı müraciətlər daha çox olur”.