Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda boşananların sayı açıqlandı

  • 2022.02.16 17:17
  • 2104 Baxış
Azərbaycanda boşananların sayı açıqlandı

2021-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma halı qeydə alınıb.


Medicina.az xəbər verir ki, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq 5,6 olub.

Boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.

Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.