Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bölgələr üzrə yoluxma statistikası - Bakı, Gəncə, Lənkəran...

  • 2020.05.06 18:18
  • 2307 Baxış
Azərbaycanda bölgələr üzrə yoluxma statistikası   -   Bakı, Gəncə, Lənkəran...

Azərbaycanda “COVİD-19” infeksiyasına yoluxma hallarına görə, ən yüksək faiz Bakının payına düşür.

Operativ qərargahın brifinqində bildirilib ki, virusa yoluxanların 45,3%-i Bakıda, 14,1%-i Gəncə-Qazaxda, 10%-i Lənkəranda, 9,5%-i Aranda, 5,6%-i Abşeronda, 2%-i Quba-Xaçmazda, 1,2%-i Şəki-Zaqatalada, 1,2%-i Dağlıq Şirvanda və son olaraq 0,9%-i Yuxarı Qarabağda müşahidə olunub.

Bundan başqa, yoluxma hallarının 10,1%-i ölkə xaricindən gələn vətəndaşlarda aşkarlanıb.