Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda biznes mərkəzləri, ofislər və liftlər ən riskli yerlərdir - RƏSMİ

  • 2020.05.15 18:06
  • 2390 Baxış
Azərbaycanda biznes mərkəzləri, ofislər və liftlər ən riskli yerlərdir  - RƏSMİ

“Azərbaycanda koronavirusa yoluxma halları üçün ən riskli yerlər şəhərdə fəaliyyət göstərən ofislər, biznes mərkəzləridir”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bir çox biznes mərkəzlərinin liftləri tam gücü ilə işləyir:


“Nəticədə, gün ərzində oralara minlərlə giriş-çıxış olur. Liftlərin istifadəsi minuma endirilməlidir, insanlar pilləkənlərdən istifadə etməlidirlər”.

“Biznes mərkəzlərində maskalardan istifadə olunmalı və sosial məsafə qaydalarına ciddi riayət edilməlidir”, - deyə sədr əlavə edib.