Operativ qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mart-aprel ayında Azərbaycanda koronavirus xəstəsinin müalicəsinin xərci barədə danışıb
Medicina.az xəbər verir ki, Zaur Əliyev yüngül və orta ağırlıqda bir xəstənin müalicəsinin günlük xərcinin 80-150 manat arasında dəyişdiyini bildirib.
“Bura xəstənin qidalanması, müalicəsi, dərmanları, ona xidmət edən tibbi personalın istifadə etdiyi tibbi ləvazimatlar və maaşa əlavələr daxildir. Məbləğ bir qədər dəyişib, indi aprel ayı üzrə xərclər dəqiq hesablanır”