Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bir ildə xərçəngə yoluxanların dəhşətli statistikası - 11 mindən çox insan...

  • 2018.08.29 15:19
  • 10228 Baxış
Azərbaycanda bir ildə xərçəngə yoluxanların dəhşətli statistikası -  11 mindən çox insan...
Ötən il Azərbaycanda bədxassəli yenitörəmə diaqnozu ilk dəfə qoyulmuş xəstələrin sayı 11192 nəfər olub.


Dövlət Statistika Komitəsindən Medicina.az-a verilən məlumata görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı isə 45756 nəfərdir.

Ötən il ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan xəstlərdən 5415 kişi, 5777 qadındır. 0-13 yaş aralığında 99 nəfərə, 14-17 yaş aralığında 31 nəfərə, 18-29 yaş aralığında 279 nəfərə, 30-34 yaş aralığında 250 nəfərə, 35-39 yaş aralığında 380 nəfərə, 40-59 yaş aralığında 5 121 nəfərə, 60 və daha yuxarı yaşda isə 5 032 nəfərə ilk dəfə bu xəstəliyin diaqnozu qoyulub. 


Xəstələr arasında ən çox süd vəzisinin (1 967), traxeya, bronx, ağciyərin (1 304) , mədənin (1 235), qida borusunun (469) bədxassəli şişinə rast gəlinir. 


Qeyd edək ki, 2016-ci ildə 10 807 nəfərə, 2015-ci ildə isə 10 183 nəfərə ilk bədxassəli şiş dianqozu qoyulub.