Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda baş həkim intihara cəhd etdi

  • 2022.09.27 15:34
  • 5920 Baxış
Azərbaycanda baş həkim   intihara cəhd etdi
Masallı rayon vərəm dispanserinin baş həkimi Mirrəhim Nəbiyev intihara cəhd edib.


"Medicina" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.


Mirrəhim Nəbiyevin dərmandan zəhərləndiyi qeyd olunur.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı Masallı rayon Polis Şöbəsinə müraciət daxil olub. Vəziyyəti ağır olduğundan o Bakıdakı tibb müəssisələrindən birinə aparılıb.