Hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.
Medicina.az Report-a istinadən xəbər verir ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra anaflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
***
“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyevin 17 yaşlı oğlu qəfil dünyasını dəyişib.
Medicina.az demokrat.az-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, ancaq gənci xilas etmək mümkün olmayıb.
Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında - Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov və digər bank rəhbərləri qatılıblar.