Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bakirəliyin bərpası qadağandır - Rəsmi açıqlama

  • 2018.03.14 19:22
  • 31714 Baxış
Azərbaycanda bakirəliyin bərpası qadağandır -  Rəsmi açıqlama

Son zamanlar bakirəliyi pozulan bəzi xanımlar "bakirəliyi bərpa” etmək üçün həkimə üz tuturlar. Bəs buna rəsmi olaraq icazə verilirmi? Qanunvericilikdə bu yolveriləndirmi?



Hətta sosial şəbəkələrdə mama-ginekoloq Ramilə Abbaszadə adlı həkim "bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklam da yerləşdirib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.



Sualımızı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovaya ünvanladıq.



Medicina.az Unikal.org-a istinadən xəbər verir ki,  baş mama-ginekoloq bakirəliyin bərpasının qanunsuz olduğunu bildirib:



"Rəsmi olaraq bakirəliyin bərpası qanunvericilik tərfindən qadağan edilir. Onu edən həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu cinayətdir, qanunvericiliyə ziddir”.



S.Məmmədova bu yaxınlarda cərrah, mama-ginekoloq Ramilə Abbaszadə adlı həkimin "bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklama da münasibət bildirib:



"Hesab edirəm ki, onunla hüquq mühavizə orqanları məşğul olmalıdır. Elə, bu tipli reklamlar yolverilməzdir və qeyri-qanunidir. Onun reklamını ictimailəşdirənlər də ciddi nəzarətdən keçməlidirlər.