Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda həkimlərin fantastik qiymətini kimlər müəyyənləşdirir? - Tibbi ekspertdən AÇIQLAMA

  • 2019.09.06 16:25
  • 10256 Baxış
Azərbaycanda həkimlərin fantastik qiymətini kimlər müəyyənləşdirir? -  Tibbi ekspertdən AÇIQLAMA
Bu gün həkimlərin anormal qiymətlər qarşılığında xəstə qəbulu həyata keçirməsi tibbi sığortanın olmamasından irəli gəlir. Tibbi sığorta olarsa, xəstə istədiyi həkimin qəbuluna rahatlıqla düşə bilər.


Medicina.az xəbər verir ki, axar.az-a tibb üzrə ekspert, professor Adil Qeybulla ölkədəki bir çox tanınmış həkimin fantastik qəbul qiymətləri haqqında danışarkən deyib.


A.Qeybulla bildirib ki, əhalinin dövlət xəstəxanalarına bir o qədər də etibarı qalmadığı üçün özəl klinikalardakı yüksək qiymətə də olsa, həkimlərin qəbuluna yazılmalı olurlar:


"Bu gün Azərbaycanda özəl sektorun xüsusi çəkisi olduqca yüksəkdir. Dünyanın heç bir yerində özəl tibb sektoru bu qədər güclü inkişaf etməyib. Sosial dövlətlərdə, xüsusilə Avropa ölkələrində, Almaniya, İngiltərədə özəl sektor tibbin maksimum 5 faizini təşkil edir. Azərbaycanda isə bu göstərici 60-70 faizdir.


Özəl sektorun da iş prinsipi hamıya məlumdur. Onlar öz qiymətlərini özləri müəyyənləşdirirlər və dövlətin buna müdaxilə etməyə ixtiyarı yoxdur. Bu səbəbdən icbari tibbi sığorta olmalıdır ki, xəstə məhz bundan yararlana bilsin”.


Professor bildirib ki, ölkədə tibb sektorunda bu vəziyyətin yaranmasına digər səbəb şişirtmələr və sui-istifadələrin çox olmasıdır:


"Azərbaycan reallığında şişirtmə və sui-istifadə, reklamlara çox pul xərcləmək, yalançı reklamlara xəstələrin aldanması kimi hallar var. Məhz belə reklamların nəticəsidir ki, anormal və qarışıq vəziyyət yaranır. Xaricdə belə hallar yoxdur. Məsələn, Türkiyədə təbabət olduqca inkişaf etmiş vəziyyətdədir.

 

Əvvəl bu ölkədə vəziyyət tibb sahəsində daha mükəmməl şəkildə təşkil olunmuşdu. Xüsusi seçilən həkimlər, tibb mütəxəssisləri əsasən dövlət xəstəxanalarında çalışırdı və günün müəyyən hissəsini də özəl xəstəxanada xəstə qəbul edirdi. İmkansız xəstə həmin həkimin qəbuluna sığorta kartı ilə gəlib, müayinə olunur. İmkanı olan isə daha yaxşı şəraiti olan özəl klinikada həmin həkimin qəbuluna gedirdi. Bu, həm həkimə sərf edirdi, həm də xəstəyə. Ancaq indi həkimlərə müəyyən məhdudiyyət qoyulub, yəni dövlətdə işləyən həkim artıq özəl klinikada işləyə bilməz və ya əksinə. Belə olduğu halda xeyli mütəxəssis dövlət sektorundan getdi özələ. Demək ki, bu yanlış bir siyasət idi. Türkiyədə tibbi sığorta olsa da, atılan bu addım düzgün olmadı.

 

Bu səbəbdən yaxşı olardı ki, bizdə Almaniya təbabətinin təcrübəsindən istifadə edilsin. Almaniyada bir həkim dövlət xəstəxanasında oturub cüzi məbləğ qazansın, digəri isə özəl klinikada əyləşib milyonlar qazansın kimi bir qayda yoxdur. Hər bir həkim hər vətəndaş üçün əlçatandır. Həkimlərin qazancı isə standartdır. Hesab edirəm ki, ölkədə Almaniya təbabəti kimi bir təbabət sistemi qura bilsək, əhali də bundan fayda görər, həkim də”.

 



A.Qeybullanın fikrincə, Azərbaycan tibbində rəqabət mühiti yoxdur:


"Əslində özəl klinikalar arasında da sağlam rəqabət getməlidir. Bir çoxu təklif edir ki, qəbulu baha qiymətə olan tanınmış həkimlər ayda bir dəfə olmaq şərtilə, imkansız ailələr üçün pulsuz qəbul təşkil etsə, yaxşı olar. Xeyr, bu olmamalıdır. Çünki bu çıxış yolu deyil. İnsanları, problemi olan bir xəstəni ələbaxımlı etmək lazım deyil, insanı köməyə alışdırmaq düzgün olmaz. Hər bir insanın axı hüququ var. Bu hüquqlarından istifadə etməlidir vətəndaş. Gözləməməlidir ki, kimsə pulsuz qəbul keçirsin və o da bundan istifadə etsin. Hər kəs üçün hər bir həkim əlçatan olmalıdır. Vətəndaşın icbari tibbi sığortası olmalıdır ki, o, bu sığorta ilə gedib istədiyi həkimin qəbuluna düşsün”.


Qeyd edək ki, 2020-ci ildən Azərbaycanda tibbi sığortanın tətbiqinə başlanacaq.


Qeyd edək ki, Medicina.az Bakıda qəbul qiymətinin yüksək olması ilə fərqlənən həkimlərin siyahısını tərtib edib. Siyahı sosial sorğu, pasiyent rəyləri və eləcə də klinikalara birbaşa zənglərlə dəqiqləşdirilib.


Məlum olub ki, Azərbaycanda qəbulu ən yüksək olan həkim fetal ulstrasonoqrafiya üzrə Azərbaycanın 1 nömrəli peşəkar mütəxəssisi olan Azər Fərəcdir (qəbulu 177 manat). İkinci yerdə uşaq nevroloji xəstəlikləri üzrə bir nömrəli həkim Zakir Əliyev (qəbulu 150 manat), üçüncü isə uzman psixiatr İkram Rüstəmovdur (qəbulu 120 m
Azərbaycanda həkimlərin fantastik qiymətini kimlər müəyyənləşdirir? -  Tibbi ekspertdən AÇIQLAMA