Azərbaycanda azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb.
Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, hadisə Qobustanda baş verib.
Turqut adlı azyaşlının çipsidən zəhərlənərək öldüyü iddia olunur.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çipsidən öldüyü iddia edilən uşaqla bağlı açıqlama verib.
AQTA-dan hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib:
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".