“Autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul edilməsi və onun icrasının səmərəli təmini məqsədilə dövlət proqramının hazırlanıb təsdiq edilməsi məqsədəuyğundur”.
Medicina.az xəbər verir ki, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edib.
“Azərbaycanda autizmli insanların həlli vacib olan bir sıra problemlərinin aradan qaldırılması üçün dövlətin bu sahədə həyata keçirdiyi siyasətin davamı olaraq “Autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi və onun icrasının səmərəli təmini məqsədilə müvafiq dövlət proqramının hazırlanaraq təsdiq edilməsi məqsədəuyğundur. Həmçinin övladına autizm spektr pozuntusu diaqnozu qoyulan valideynlərlə də xüsusi psixoloji söhbətlər aparmalı və onlar bu barədə hərtərəfli surətdə məlumatlandırılmalıdır”, - qeyd edib.