Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda autizmin müalicəsi mümkün oldu – Psixoterapevtdən yüz faizlik nəticələr

  • 2021.02.22 17:03
  • 9725 Baxış
Azərbaycanda autizmin müalicəsi mümkün oldu  – Psixoterapevtdən yüz faizlik nəticələr

Psixoloq, psixoterapevt, pedaqoq, psixologiya üzrə təlimçi Səidə Musayeva təhsil və təcrübəsini İsveçrə və Moskvada təhsil alıb.

Ümumrusiya Professional Psixoterapiya Liqasının Azərbaycan nümayəndəliyinin və Fortuna psixologiya mərkəzin rəhbəridir. Beynəlxalq dərəcəli məsləhətçidir.

Səidə Musayeva Medicina.az-a son zamanlar autizmli uşaqların müalicəsində yeni bir metodika ilə əldə edilən nəticələrdən danışdı. Bu uğurlardan ilhamlanan psixoterapevt ayrıca yeni Autizm mərkəzi yaradıb.

Şəxsən öz metodikası ilə autizmli uşaqlar və onların analarının psixoteravtik müalicəsi və davranış təlimləri ilə məşğul olur. Psixoloqla müsahibəni təqdim edirik:





- Səidə xanım, son illərdə uşaqlarda əqli inkişafda problemlər, hiperaktivlik, autizm və bəzən autizmlə səhv salına bilən davranış pozuntularından şikayətlər çoxalıb. Hansı valideyni görürük, usağı nevropatoloqa aparır. Bunun səbəblərini nədə görürsüz və hansı yaşdan artıq ana uşağının psixoloji problemləri ilə məşğul olmalıdır?

- Uşaqlarda davranış və nitq pozulmalarının əsas səbəblərindən biri müasir dövrün bəzi təsirləridir. Uşaqlarla ünsiyyət danışıq az olur, telefon, qadjetlər körpəyə verilir. Uşaqla belə deyək, çox kiçik aylarından düzgün ünsiyyət qurmaq lazımdır. Səs telləri və orqanı fiziki orqandır, əzələdir. Onlar hərəkət etməlidir ki, vaxtında inkişaf etsin.

Autizmin səbəbləri çoxdur. Bu hamiləlik, ana bətnindən başlayır, müəyyən proqramlaşma səbəbindən və fiziki, kimyəvi proseslərin pozulmasından ola bilər. Səbəblər çoxdur. Əsas məsələ autizmi vaxtında aşkarlamaq, düzgün diaqnoz qoyub, bacardıqca erkən aylarda usage müalicəyə başlamaqdır.

Uşağa nevroloji tərəfdən nevroloq baxır, səbəbləri araşdırır, psixoloq da psixoloji – emosional baxımdan diaqnoz qoyur.

- Hansı yaşdan sonra artıq autizmdən şübhələnmək və artıq psixoloqa müraciət etməlidirlər?

- Mümkün qədər tez. Anadan olandan 6 ay sonra artıq simptomlar özünü göstərir. Çünki uşaq anadan olandan sonra hər aya uyğun fizioloji, psixoloji, emosional inkişaf kriteriyaları var. Bunu valideyn görə bilmirsə, diaqnoz və müalicədə gecikir. Çoxları deyir, 1 yaş yarıma kimi gözləmək, məncə çox gecdir.

Valideyn heç nə hiss etmirsə, artıq 6 aylıqdan usağı nevroloq və psixoloqa göstərib, inkişafın normal gedib getməməsini dəqiq təyin edə bilər.

Məsələn, 6 aylıq uşaqla psixoloq bir şey edə bilməsə də hər halda nevroloq səbəbləri araşdırıb, müalicəni başlaya bilər. 1 yaşından bizim müalicəmizə gətirə bilərlər.
Nə qədər tez işləməyə başlasaq, bir o yaxşı nəticə əldə edə bilərik.

Bizə son vaxtlar 4-5-6 yaşında autistik uşaqlar daha çox gəlir. Buna gecikmiş deyərdim, amma ana bir müddətdir artıq uşaqla məşğul olub, həkimlərə aparıb. Bu elə bir çətin diaqnozdur ki, bu gün mütəxəssislər hərə öz metodikası ilə dəstək olmağa çalışır. Uşaq gələndə çox aqressiv, ana ata da depressiyada, stresdə olur. Biz işlədikcə uşaq elə dəyişir ki, validyenlər aybaay uşağın inkişafını görür, hər gün sevinirlər.

Son 2 ayda 5 yaşlı pasiyentim var idi, çox çətin, mürəkkəb autizm növü idi. Nitq, motorika demək olar yox idi. Göz kontaktı yox idi. Aqressiv idi. 3 ayın içində uşağın nitqini bərpa etdik. Motorika 100% düzəlib. Aqressiv və qeyri-iradi hərəkətlər tamamilə yoxdur.

Artıq yaşına uyğun davranır, kontakta girir, parkda, həyətdə uşaqlarla oynamağa buraxırlar, baxırlar ki, yaşıdlarına yaxın gedir, ünsiyyət qurur. Artıq o uşağın tam normal uşaqlar kimi məktəbə hazırlığına başlayırıq.

Biz müalicəmizə zəmanət veririk. Çünki metodikalarımız tam fərqlidir. Birinci aydan artıq xeyli dəyişikliklər görülür. Bunu sadəcə gəlib görmək lazımdır.


- Deyirlər autizmin müalicəsinin 50% ananın psixi durumundan da asılıdır. Ana da terapiyaya cəlb edilməlidir ki, uşaq evdə ana ilə ünsiyyətdə çox olur. Bir sözlə, ana övladının psixoloqu olmalıdır. Biz bayaq videolarda gördük, uşaqla təlimdən sonra onu anası ilə baş-başa qoyduz və uşaq anası ilə kontakta girib, müxtəlif oyunlar oynayırdı.

- Bəli, autistik uşağın olduğu ailədə bütün ailə üzvlərinin psixoloji diurumu, sinir sistemi, uşaqla davranışı çox rol oynayır. Bəzən ana ata dözmür, əsəb partlayışı olur, neqativi uşaq da hiss edir. Hiss edir ki, ona görə anası əsəb keçirir, ona görə aparılan müalicələrin effekti azalır.

İstənilən uşaqda psixoloji problemlərdə mütləq ana ilə işləyirik. Ana-ata necə rəftar etməlidir, uşağa hansı sözləri deməməlidir, düzgün münasibət, davranış göstərməlidir.

Məsələn, bir autizimli uşaq var idi, anasına hücum edir boğurdu, yaxına qoymurdu. Biz seanslara ananı da qatdıq, seansda ana ilə uşaq arasında kontakti təmin etdik, birgə vaxt keçirdilər və ana öyrəndi ki, uşaqla necə sakit davranmaq, ünsiyyət qurmaq mümkündür. Anaları da seans edirik. Ondan sonra uşaq da ana ilə çox yaxşı davrandı.
Mən öz metodikama 100 faiz zəmanət verirəm və yaş fərqi də yoxdur.

- Son günlər yeniyetmə, gənclərin intihar etməsi barədə hər gün xəbərlər çıxır. Sizə intiharla bağlı müraciətlər olurmu? İntihardan yayındırmaq və onu həyata bağlamaq mümkündürmü?


- Gənclər arasında intiharlar həmişə olub. Sadəcə, əvvəllər bu qədər sayt, sosial şəbəkələr yox idi, bilmirdik. Mən 8 ilə yaxındır psixoloji fəaliyyət göstərirəm, hələ o illərdə uşağın boğazından kəndiri açıb birbaşa gətirmişdilər. Çoxdur belə müraciətlər
Mənim metodikam, texnikamla o insanlar nəinki intihar barədə daha düşünmür, o qədər yüngülləşir, rahat olurdular ki, özlərinə inamı, gvəni artırdı və gələcəyi ilə bağlı planlar qurmağa başlayırdılar.

O bir andır. O andan usağı vaxtında çıxara bilsək, daha intihar fikrinə düşmürlər.
İntihara meyilli gənclər daha çox uşaqlıqdan özünə inamı, güvəni az olan, zəif xarakter və psixologiyalı uşaqlar olur. İnsanın iradəsi, özünə güvəni az olduqda istənilən təsirə, neqativ proqrama düşür.

Bu son pandemiya zamanında psixikası pozulan insanlar çox gəlir. Hər 3 nəfərdən biri bu sözü deyir ki, mən yaşamaq istəmirəm.
İnsanın özünün düşüncəsi olmalıdır, öz nəfsi ilə mübarizə aparmalıdır, özünü idarə etməlidir, potensialını artırmalıdır.
Güclü insana heç bir pandemiya, çətinliklər təsir etmir.

Uşağın körpəlikdən öz güvənini yaratmalıyıq. Yoxdursa, ana görürsə ki, usage psixoloji cəhətdən zəifdir, onu vaxtında psixoloqa gətirməlidir. Bütün bunların kökü, sütunu ana bətnindən, hamiləlikdən qaynaqlanır. Ana hamiləlik boyu güvənli olmalıdır.
Nəinki uşaq, gənc, 50 yaşında qadın da olub ki, intihar fikrinə düşüb.


İnsanın düşüncəsi elə olmalıdır ki, o neqativin təsirinə düşməsin. İnsan özü neqativ xəbəri, görüntünü blok etməli, görməməidir və deməlidir ki, niyə axı mən bunu oxumalıyam, baxmalıyam? Bu mənə nə verəcək. İnsan informasiyanı, ətrafını düzgün seçməlidir
Uşağı güclə telefondan, internetdən uzaqlaşdırmaq laızm deyi, bu mümkün də deyil. Qadağan olunan bir şeyə uşaq daha da maraq göstərir.

Sadəcə usağı psixoloji cəhətdən gücləndirmək lazımdır ki, istənilən vəziyyətdə özünü idarə etsin, doğru olan seçsin. Bəli mən öz metodikamla intihar dərəcəsində olan gəncləri də müalicə edirəm. Sadəcə analar diqqətli olsunlar, uşaqda depressiya, özünə qapanma və ölüm barədə fikirlər, sözlər görərsə, dərhal mütəxəssisə müraciət edin.


Autizmin müalicəsi üçün
MEDKONSİLİUMla əlaqə:
050 372 77 14

Aygun Musayeva
Medicina.az