Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda at uşağın cinsiyyət orqanını qopardı - Riskli əməliyyat/ FOTO

  • 2017.09.20 12:07
  • 41426 Baxış
Azərbaycanda at uşağın cinsiyyət orqanını qopardı -  Riskli əməliyyat/ FOTO
Uşaq cinsiyyət orqanını itirmək təhlükəsi ilə üz-üzə qalıb 

Azərbaycanda rayonlardan birində 13 yaşlı oğlan uşağını at dişləyib.

Bu barədə Medicina.az-a Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinin cərrahı Fuad Hüseynov məlumat verib. O bildirib ki, at uşağın cinsiyyət orqanını demək olar ki, qoparıb. Həkim ailənin istəyi ilə pasiyentinin ad və soyadını, hansı rayondan olduğunu anonim saxlasa da, qeyd edib ki, xəsarət alan uşaq hadisədən sonra rayonda xəstəxanaya çatdırılıb. Onun xayasından bir neçə tikiş atıldıqdan sonra, uşağı təcili Bakıya göndəriblər. Ailə paytaxt xəstəxanalarından bir neçəsində uroloq-cərrahlara müraciət edib, lakin gərəkli müdaxilə edilməyib. Hadisədən 16 saat keçdikdən sonra 13 yaşlı oğlan Mərkəzi Klinikanın Uşaq Cərrahiyyə Şöbəsinə gətirilib.

F. Hüseynovun sözlərinə görə, vaxtında müdaxilə edilmədiyindən, uşağın cinsiyyət orqanında ciddi əyilmə, göyərmə və şişkinlik yaranıb, nekroz başlayıb: "Sidik kanalı zədələndiyindən sidiyə gedə bilmirdi. Riskli əməliyyat idi. Bütün risklər valideynlərə başa salındı. Təcili əməliyyata alınan uşağın zədələnmiş sidik kanalı bərpa olundu, ereksiyaya cavabdeh olan kavernalar yuyuldu, bərpa olundu, xaya düzgün tikildi və kateter qoyuldu. Antibiotik müalicə başlanıldı. 1 həftədən sonra uşaq normal sidiyə getməyə başladı. Əməliyyatı mənimlə birlikdə uşaq urologiyası uzmanları Allahverdi Musayev icra edirdi”. 

Uroloq-cərrah bildirib ki, tibdə bu patologiya penul fraktür adlanır: "Bu vaxt ereksiyaya cavabdeh olan kavernalarda zədələnmə olur. Amma bu dəfə nadir görülən hallardan biri sidik kanalının zədələnməsi idi. Ona görə əməliyyat çətin hesab oluna bilər. Hazırda uşağın vəziyyəti yaxşıdır. Cinsiyyət orqanında xarici heç bir qüsur qalmayıb, sidiyə getmə və ereksiyasında da problem yoxdur. Bu, ilk fakt deyil. Analoji hal bir neçə il əvvəl də olmuşdu. Uşağın cinsiyyət orqanından it dişləmişdi. Onu da əməliyyat etmişdik. İndi böyük oğlandır”. 

Xatırladaq ki, analoji hal 2014-cü ildə Biləsuvar rayonunda olmuşdu. İt 2004-cü il təvəllüdlü Fərid Ağakişiyevin cinsiyyət orqanını qoparmışdı.