Son vaxtlar uşaqlar virusun yayılmasında əsas hərəkətverici qüvvəyə çevrilirlər. Pandemiya başlayandan bu günə kimi uşaqlar xəstəliyin xüsusi daşıyıcıları idi. Yəni onlar virusu yüngül keçirsələr də, xüsusi risk qrupuna daxil olan şəxslərə ötürərək, onların xəstəliyi ağır kemirməsinə hətta ölməsinə səbəb ola bilirlər. Bundan əlavə, mütəxəssislər bildirir ki, uşaqlarda piylənmə, anadangəlmə ürək qüsurları, xroniki ağciyər və böyrək xəstəlikləri koronavirus üçün risklidir. Ona görə də belə uşaqların peyvəndlənməsi tövsiyə olunur.
Omikronun sürətlənməsi ilə əlaqədar Azərbaycanda da aşağı yaş qruplarının peyvənd olunması gözlənilirmi?
Məsələ ilə bağlı medicina.az-a infeksionist Mərdan Əliyev bildirib ki, 12 yaşdan aşağı uşaqların peyvənd olunması üzərində iş gedir:
“Uşaqlar peyvənd olunmalıldır. Düzdür, pandemiyanın sonuna yaxınlaşsaq da, o demək deyil ki, virus tamamilə bitəcək. Yəni, fərqli alovlamalar qeydə alınacaq. Uşaqlar arasında hər dəfə payız-qış fəslində yenidən koronavirus yayılacaq. Ona görə də uşaqların peyvənd olunması yaxşı olar. Bir dəfə peyvənd olunmaqla onlarda immun sistemi formalaşacaq və xəstəliyə yoluxmayacaqlar. Yoluxsalar belə, bu kütləvi hal almayacaq və yüngül keçirəcəklər.
Düzdür, uşaqlar çox da ağır keçirmirlər, amma bu, uşaqların xəstələnməsinə, daha sonra valideynlərini yoluxdurmasına səbəb olacaq. Bu da məktəblərin, bağçaların bağlanmasına gətirib çıxara bilər. Əslində, uşaqların peyvənd olunmasında pis bir şey yoxdur. Bildiyiniz kimi, uşaqların peyvənd olunması mərhələ-mərhələ, yəni 12 yaşdan yuxarı peyvənd olunmağa başlanıldı. İndi isə 12 yaşdan aşağı uşaqların peyvənd olunması üzərində iş gedir. Bildiyiniz kimi, bu, vaksinlər böyüklərə tətbiq olunub, ancaq uşaqlar üzərində isə məhələ-mərhələ aparılır.
Onların tam təhlükəsizliyi sübut olunandan sonra uşaqlara vurulur. Avropa ölkələrində, 12 yaşdan aşağı uşaqlara peyvənd vurulması artıq başlanılıb. Amma 3-5 yaşında olan bağça uşaqlarına vurulmur. Lakin yaxın zamanlarada planlaşdırılır ki, həmin uşaqlara da vurulsun. Hazırda uşaqlara vurulması üçün Pfizer peyvəndinin üzərində iş gedir. Hələki başqa peyvəndlərin çalışmaları aparılmayıb”.
Pediatr Aytən Ziyadova bildirib ki, uşaqların peyvənd olunması xəstəliyi daha yüngül keçirməsinə gətirib çıxarır:
“2020-ci ilin yanvar ayından etibarən epidemioloji məlumatlar göstərir ki, Kovid-19 infeksiyası böyüklərdə olduğu kimi, uşaqlarda da ciddi müşahidə edilir. Həmçinin bu, virus yüngül simptomatikdən, asimptomatik hala, hətta reanimasiya vəziyyətinə gətirə biləcək virus infeksiyasıdır. Kovid-19 xəstəlik şəkli uşaqlarda böyüklərə nisbətən daha azdır.
Həmçinin xəstəliyin tezliyi böyüklərə nisbətən uşaqlarda 10-20% təşkil edir. Asimptomatik dediyimiz xəstəliyin kliniki əlamətləri olmayan uşaqlarda xəstəliyin keçmə nisbəti təxminən 50-60% təşkil edir. Uşaqlarda klinik təzahürləri olan xəstəlik mənzərəsi əsas xroniki xəstəliyi olanlardır. Yəni, bir yaşa qədər olan körpələr, yeniyetmə yaş qrupu gənclərdə müşahidə olunur. Uşaq bağçalarında əksəriyyəti asimptomatik olsa da, bəzən, bu yaşda olan uşaqlarda daha ciddi xəstəlik keçirmə halları müşahidə edilir. Pandemiyanın ilk günündən bildirdik ki, uşaqlarda “Age 2” reseptorlarının az olması, immun sisteminin daha aktiv olması, onların mümkün müsbət təsirləri ilə izah edilə bilər.
Pediatr qeyd edib ki, uşaqlarda tətbiq etdiyimiz digər peyvəndlər, onların xəstəliyi daha yüngül keçirməsinə şərait yaradır:
Amma bütün uşaqlar, bu qədər şanslı deyillər. Bəzilərində 0.52 % reanimasiyada xəstəlikdən yatış halları olub ki, onların 0.02%-ni isə ölüm təşkil edən hallar da baş verib. Ancaq bunlar nisbi rəqəmlərdir. Uşaqların qorunmasında təbii ki, peyvəndlərin edilməsini məsləhət bilirik. Çünki peyvənd uşaqların bu xəstəliyi daha yüngül keçirməsinə gətirib çıxarır. Həmçinin müəyyən yaş qrupunda olan uşaqlar vardır ki, bu gün Azərbaycanda onalara peyvənd vurulmasına icazə verilir. ABŞ-dakı mənbələr görə isə digər dövrlərə baxanda indi uşaqlada, bu, xəstəlik 10-12% artıb.
Xəstəxanaya yerləşdirmək nisbəti isə 4-5% səviyyəsindədir. Uşaqlarda Kovid-19 xəstəliyinin kliniki nəticələrinə baxsaq, görərik ki, virusa yoluxmuş uşaqların 50-60%-də asimptomatikdir. Heç bir kliniki nəticə göstərilmir. Bu, xüsusilə, uaşaq bağçası və məktəb yaşlı uşaqlar üçün demək olar. Uşaqlarda Kovid-19-a yoluxmada qızdırma 58% rast gəlinən simptomdur. Xüsusilə 1 yaşa yaxın uşaqlarda özünü göstrərir. Bəzi kliniki əlamətlərdə valideynlər daha diqqətli olmalıdırlar. Bunlar, qabırğarası əzələlərinin dartılması, ağız ətrafında göyərmələrin olması kimi kliniki əlamətlər varsa daha diqqətli olunmalıdırlar”.
Pediatr əlavə edib ki, uşaqlarda Kovid-19 infeksiyasında daha çox burun tıxanıqlığı, qızdırma, boğaz ağrısı, əzələ ağrısı, halsızlıq, udma çətinliyi, dəri səpkiləri, qidadan imtina etmə halları kimi əlamətlərlə özünü büruzə verir:
“Təbii ki, müəyyən xroniki xəstəlikləri olan uşaqlar vardır ki, bunlar risk qrupundadırlar. Ona görə də digər uşaqları qorumaq üçün qızdırmalı olan uşaqların ümumiyyətlə məktəb və bağça müəssisələrinə buraxılmamasını tövsiyə edirik. 3-5 gün kliniki əlamətlərin izlənməsi çox önəmlidir. Sürətli yoluxması ilə seçilən omikron ştammında ümumi izolyasiya müddəti 7 günə kimi azaldılmışdır. Bu, onunla əlaqədardır ki, virusun yoluxma müddəti ilkin 7 günə kimi nəzarətdə saxlanılması vacibdir. Həmçinin valideynlər uşaqların qidalanmasına, yuxu rejiminə, immun sisteminin quruluşuna diqqət etməlidirlər”.
Fəridə