Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda antibiotiklərlə bağlı vəziyyət yaxşı deyil - Təbibdən yeni plan

  • 2021.11.23 15:42
  • 1508 Baxış
Azərbaycanda antibiotiklərlə bağlı vəziyyət yaxşı deyil  - Təbibdən yeni plan
Azərbaycanda antibiotiklərlə bağlı plan hazırlanıb.

Medicina.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan dəyirmi masada deyib.

O, qeyd edib ki, antibiotiklərlə bağlı plan hazırlanıb, lakin pandemiyaya görə təsdiqi gecikib.

“Azərbaycanda antibiotiklərlə bağlı vəziyyətin yaxşı olmadığını bilirdik. Amma pandemiya bir daha bunu göstərdi. Milli plana pandemiya ilə bağlı yeniliklər də əlavə edilməlidir”,- deyə o bildirib.