Azərbaycanda ilk dəfə anemiya (qanazlığı) diaqnozu qeydə alınmış xəstə uşaqların sayı artır.
2011-ci ildə Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018, 2016-cı ildə 28 948, 2017-ci ildə 29167 nəfər olub.
Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 845,2 nəfər, 2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114, 2017-ci ildə 1117,0 nəfər olub.
Ötən il 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq, boy atmanın ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub. (Trend)