Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ana südü ilə qidalanma çox aşağı səviyyədədir - Nazirlik

  • 2022.08.03 16:05
  • 4079 Baxış
Azərbaycanda ana südü ilə qidalanma çox aşağı səviyyədədir  - Nazirlik

“Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır”.


Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

O bildirib ki, süd verən analarda doğum sonrası depressiya riski çox aşağı olur, südvermə zamanı ifraz olunan hormon sayəsində uşaqlığın yığılması sürətlənir, eyni zamanda, südvermə qadınlarda döş xərçənginin qarşısını alır.

Həkim əlavə edib ki, bəzən analar südünün az olmasından şikayətlənirlər: “Amma unutmaq olmaz ki, uşağın mədəsi çox kiçikdir. 10 milli qədər süd varsa belə bu uşaq üçün olduqca faydalıdır. Bəzi miflər var ki, qeysəriyyə əməliyyatından sonra süd gəlmir. Bunun qeysəriyyəyə aidiyyəti yoxdur. Qidalanmaya gəldikdə isə çox yeməkdənsə, sağlam qidalanma və bol maye qəbulu tövsiyə olunandır”.

Erkin Rəhimov vurğulayıb ki, 1980-ci illərə qədər ana südü ilə yanaşı, uşaqlara su da verilirdi: “Lakin buna ehtiyac yoxdur. Yeni doğulmuş uşağın mədəsi tez genişlənir. Və doyma hissi tez yarana bilər. Beləliklə, uşaq yeməkdən imtina edə bilər. Ana südünün tərkibi 88% sudan ibarətdir. Ana südünün tərkibində uşaq üçün lazım olan bütün vitaminlər var, təkcə D vitaminindən başqa. Bununla yanaşı, süni qida ilə qidalandırılan uşaqlara da su verməyə ehtiyac yoxdur”.

Ekspertin sözlərinə görə, Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır.