Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi - Fürsətlərdən yararlanın!

  • 2019.06.03 17:22
  • 12811 Baxış
Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!
Bioloji Tənzimləyici Təbabət orqanizmin pozulmuş fizioloji funksiyalarını bərpa etməyə yönələn, özünübərpa və müdafiə mexanizmlərini tənzimləyən müasir müalicə metodudur.


XXI əsrdə təbabətin sürətlə inkişaf etməsinə, bir sıra xəstəliklərin müalicəsində uğurlara baxmayaraq, xroniki xəstəliklər, metabolik pozulmalar, ürək damar və müxtəlif sinir sistemi xəstəlikləri, xroniki yorğunluq sindromu  kimi patologiyalar geniş yayılmışdır. Bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların əksər hallarda daimi, yəni ömürlük təyini, onların törətdiyi fəsadlar və ən əsası, müalicələrin uzunmüddətli və əsasən uğursuz olması alternativ, daha mülayim müalicə metodlarının axtarışını zəruri etmişdir. Bioloji tənzimləyici təbabət məhz bu tələblərə cavab verir.


Medicina.az xəbər veirr ki, Bioloji tənzimləyici təbabət -  dahi alman alimləri tərəfindən təkmilləşdirilən və müasir təbabətin tələblərinə uyğunlaşdırılan müalicə üsullarından ibarətdir.


   Bioloji Tənzimləyici Təbabət digər müalicə metodlarından fərqli olaraq şərqlə qərb təbabəti arasında bir körpüdür.

 

Bioloji tənzimləyici təbabət:


xəstəliyi deyil, xəstəni müalicə edir

müalicə fərdi olaraq seçilir - hər bir xəstəyə individual yanaşılır

müalicədə Almaniyada istehsal olunmuş təbii tərkibli, xüsusi texnologiyalarla hazırlanmış  dərman preparatlarından istifadə edilir.

müalicə zamanı digər orqan və toxumalar zədələnmir. 

müalicə zamanı özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyaları bərpa olunur

müalicənin təsiri uzunmüddətli və effektli olur


 Mərkəzi Almaniyada yerləşən bioloji  tənzimləyici təbabət dünyanın ən inkişaf etmiş ölkələrində müvəffəqiyyətlə istifadə olunur. 


Bioloji müalicə metodlarına əsaslanan "BİOLOJİ TƏBABƏT" klinikası Bakıda 2009-cu ilin fevral ayından etibarən fəaliyyət göstərir. Klinikada Almaniyada beynəlxalq homotoksikologiya kurslarını bitirmiş yüksək ixtisaslı həkimlər çalışır. Bioloji  tənzimləyici təbabətin əsaslarını klinikanın həkimlərinə daha dərindən aşılamaq, həmçinin, ölkə həkimlərini yeni müalicə metodları ilə tanış etmək üçün klinikada  Almaniya, İsveçrə, İtaliya, Belçika, Kolumbiya, Ukrayna, Rusiyadan gələn mütəxəssislər tərəfindən müxtəlif elmi-praktik seminarlar, forum və mühazirələr keçirilir; peşəkar həkim məsləhətinə ehtiyacı olan xəstələr qəbul olunur. Bioloji Təbabət ilə müalicə dünyanın 50-dən çox inkişaf etmiş ölkəsində tətbiq olunur. Hazırda Azərbaycan həkimlərinin müalicədə aldığı nəticələr Dünya Bioloji Təbabət mütəxəssisləri arasında İsveç, Almaniya və Kolumbiyadan sonra dördüncü yerdədir. Bioloji Təbabət Klinikasında  bu müalicə metodu ilə artroz, fəqərəarası disk yırtığı, xoralı kolit, trofik xora, revmatoid artrit, psoriaz, bronxial astma, podaqra, dağınıq skleroz, Parkinson xəstəliyi kimi xəstəliklərdən  əziyyət çəkən minlərlə xəstənin  sağlamlığı bərpa edilmişdir.   


Bu illər ərzində Göyçay, Sumqayıt,  2018-ci ilin dekabr ayından isə Masallıda Bioloji Təbabət klinikaları  fəaliyyətə başlamışdır. Cənub bölgəsində klinikanın açılmasında məqsəd  - bu regionun əhalisinin, artıq xarici ölkələrə (İran, Türkiyə) getmədən, keyfiyyətli müalicədən yararlanmasına şərait yaratmaqdır. 

 

Masallı Bioloji Təbabət klinikasında çoxprofilli cərrahiyyə kabinetləri, 28 çarpayılıq palatalar, tam avtomatlaşdırılmış, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya, geniş profilli müasir cihazlarla təchiz olunmuş fizioterapiya şöbəsi, MRT (maqnit rezonans tomoqrafiya), KT (komputer tomoqrafiyası), Rəqəmsal rentgen, Panoram rentgen, qastroendoskop, USM və s. diaqnostik cihazlar quraşdırılmışdır. Bundan əlavə, müalicəvi sanatoriya xidməti göstərmək üçün Naftalan palçıq vannaları, Naxçıvan duzundan yaradılmış "aspiratorlu Duz mağarası” bölgə əhalisinin istifadəsinə verilmişdir.  

 


BTK-nın məqsədlərindən biri də Azərbaycana Tibbi Turizmin idxalına nail olmaqdır. Artıq BTK-nın sayəsində Azərbaycana xarici ölkələrdən xəstələr müalicə almağa gəlirlər. 


23 aprel 2019 tarixində Bakı şəhərində "Qlobal Sağlamlıq hamı üçün” şüarı altında Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçirilib. Qürurla bildiririk ki, "Bioloji Təbabət" klinikası tarixə düşəcək bu tədbirin Baş Sponsoru olmuşdur. 


Azərbaycanda Bioloji Təbabət klinikasında İran, Türkiyə, İrak, Albaniya, Ukrayna, Rusiya və s. ölkə vətəndaşları müalicəsi mümkünsüz hesab edilən xroniki xəstəliklərdən uğurla müalicə olunmaqdadır. 


Türkiyənin məşhur klinikaları ilə əməkdaşlıq nəticəsində, bu ölkədə müalicəsi mümkün olmayan xəstəliklərdən əziyyət çəkən xəstələr Azərbaycanda sağlamlığına qovuşurlar. Həmçinin, məqsədimiz - Bioloji Təbabət Elmi Tədqiqat İnstitutunu yaradaraq, hazırda müalicəsi mümkün olmayan xəstəliklərin müalicə protokolunu işləyib hazırlayıb, tədris müəssisələrinə təqdim etmək, bununla da Azərbaycan tibb sahəsinə  öz töhfəmizi verməkdir. 

 


Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!
Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!
Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!
Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!
Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!
Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!
Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!
Azərbaycanda Almaniya Bioloji təbabət mülaicəsi -  Fürsətlərdən yararlanın!