Dünyada xərçəng xəstəlikləri içində ağciyər xərçəngi 2-ci yeri tutur. Son zamanlar sosial şəbəkələrdə orta yaş, gənc kişilərin ağciyər xərçəngi diaqnozu qoyulduğu və insanların əzizlərini bu xəstəlikdən itirdiyi barədə şikayətlər artır.
Ağciyər xərçənginin bu qədər geniş yayılması səbəbi nədir? Azərbaycanda kimlər risk altındadır?
BTV-nin HəkimPost verilişində tanınmış pulmonoloq, professor Əlizamin Sadıqov ağciyər xərçənginin səbəblərini açıqlayıb:
“Yüksək inkişaf etməmiş ölkələrdə sosial, iqtisadi, səhiyyə problemləri ağciyər xərçənginə tutulma və ölümü artırır. Az inkişaf etmiş ölkələrdə müasir diaqnostika, çek-ap və müalicə dərmanları yoxdur.
Bu gün 2 milyon insan ağciyər xərçəngindən əziyyət çəkirsə, onun 1 milyon 800 mini həyatını itirir. Bu baxımdan ağciyər xərçəngi aqressivdir.
Əgər erkən aşkar olunsa, müalicəsi, ən yaxşı yolu cərrahiyyədir. Bununla yaşama şansı çoxalır”.
- Ağciyər xərçəngi kimlərdə yaranır?
- Bakıda yaşamaq niyə təhlükəlidir?
- Hansı müayinələrdən keçmək lazımdır?
- Siqaret çox çəkilən ölkədə xərçəng niyə yüksəkdir?
Verilişin aparıcısı kosmetoloq Günel Novruzi, redaktoru Aygün Musayevadır.
Aygün
Medicina.az
Çox yaxşı məsləhətlər və şərhlər verdi. Mən başa düşdüm. Amma Türkiyə türkcəsi şivəsində və bəzi ingilis sözlərini istifadə etməklə. ruz sözləri deməklə özünü təsbit etmək və savadlı göstərmək istəyirdi. Gərək anlaşılan və xarici sözlərin Azərbaycanca olan qarşılığını deməklə daha böyük səmərə verərdi. Uğurlar.