Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağalaraq evə buraxılıb.
Medicina.az xəbər verir ki, həmin şəxs 1928-ci il təvəllüdlü Axundova Agabəyim Şaban qızıdır.
Aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan A.Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə onun koronavirusa yoluxduğu müəyyən edilib.
Daha sonra qadın virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində sağalaraq evə buraxılıb.
"Arada öskürürdüm. Başa düşmürdüm ki, nədir. Həkimlər mənim nazımı çəkirdilər. Natiq adlı həkim idi, gəlib alnımdan öpürdü. Onlara təşəkkür edirəm. Mənə çox yaxşı baxırdılar. Hazırda heç bir şikayətim yoxdur. Yeyib-içirəm, rahat yatıram", - deyə A.Axundova bildirib.