Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 8 nəfərlik ailə karantinə alındı - Yasamaldakı hadisənin təfərrüatı - VİDEO

  • 2020.03.06 18:14
  • 10312 Baxış
Azərbaycanda 8 nəfərlik ailə karantinə alındı  - Yasamaldakı hadisənin təfərrüatı - VİDEO

Azərbaycanda səkkiz nəfərlik ailə karantinə alındı

“Martın 4-də Bakıda məskunlaşan İran İslam Respublikasından olan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib”.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İran İslam Respublikasından 27 fevral 2020-ci il tarixində Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən profilaktik məqsədlə və zəruri ilkin testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə qərar verilib.

Təcili tibbi yardım maşını ilə ailənin digər üzvlərinin (altısı uşaq olmaqla, səkkiz İran vətəndaşı) də xəstəxanaya aparılması məqsədəmüvafiq hesab olunub. Bu zaman onlar həkim briqadasına müqavimət göstərdikləri üçün hadisə yerinə polis əməkdaşları çağırılıb.

Hazırda müəyyən olunmuş karantin müddətinə uyğun olaraq bütün ailə üzvləri xəstəxanada müşahidə altında saxlanılırlar.

Qeyd edək ki, dünən axşam İran vətəndaşlarının Yeni Yasamalda təcili yardımla aparılarkən yaşanan hadisə sakinlər tərəfindən videoya alınmışdı.