Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 59 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

  • 2023.07.21 15:18
  • 5051 Baxış
Azərbaycanda  59 yaşlı qadın əkiz uşaq  dünyaya gətirdi

Azərbaycanda daha bir 50 yaş üzəri xanım ana olub.

"Medicina" xəbər verir ki, 59 yaşlı Qəndab Quliyeva orta dərəcəli preeklampsiya, uşaqlığın böyük ölçülü ( 120 mm) mioması, istmika servikal yetməzlik, vaxtından əvvəl doğum təhlükəsi diaqnozu ilə Respublika Perinatal Mərkəzin Hamiləliyin patologiyası şöbəsinə qəbul edilib.

Hamiləliyin 28-inci həftəsində Masallıdan Mərkəzə göndərimiş pasiyent lazımi müayinə və müalicələrdən sonra 34-cü həftəsində keysəriyyə əməliyyatına alınıb.

Nəticədə1900 q və 1700 q çəkidə qız cinsində əkiz uşaqlar dünyaya gəlib və miomektomiya əməliyyatı icra olunub.

Körpələr əvvəlcə Yeni doğulmuşların reanimasiyası və intensiv terapiyası şöbəsində, daha sonra isə Yenidoğulmuşların patologiyası şöbəsində müalicə alıblar.

Artıq ana və körpələr normal vəziyyətdə evə yola salınıb.

Aygün Musayeva