Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 58 yaşlı pasiyent ilk dəfə ana adını qazanıb.
"Medicina" xəbər verir ki, 30-31-ci həftəsində mama-ginekoloq Nailə Şahbazova tərəfindən qeysəriyyə əməliyyatı icra olunub.
Vaxtından əvvəl dünyaya gələn körpə təcili olaraq Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb.
Cinsi kişi, çəkisi 1800 qram olan yenidoğulmuş həkim-neonatoloq Günel Xəlilova və tibbi heyətin nəzarəti altında aparılan uğurlu stasionar müalicə nəticəsində sağlamlığınma qovuşaraq, ailəsinə təhvil verilib.