Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 523 yeni koronavirusa yoluxma qeydə alındı - 9 ölü

  • 2020.07.05 18:31
  • 1910 Baxış
Azərbaycanda 523 yeni koronavirusa yoluxma qeydə alındı  - 9 ölü

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, ötən müddət ərzində isə ümumilikdə 516 533 test aparılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Bununlada ölənlərin sayı 250-yə çatıb.