Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 517 nəfərdə yoluxma aşkarlandı - 7 nəfər öldü

  • 2020.06.26 17:48
  • 2567 Baxış
Azərbaycanda 517 nəfərdə yoluxma aşkarlandı  - 7 nəfər öldü
Azərbaycanda bu gün 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6980, ötən müddət ərzində isə ümumilikdə 456215 test aparılıb.