Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 517 nəfər koronavirusdan sağaldı - 5 nəfər vəfat etdi

  • 2020.07.19 18:44
  • 3671 Baxış
Azərbaycanda 517 nəfər koronavirusdan sağaldı -  5 nəfər vəfat etdi



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18967 nəfər müalicə olunaraq sağalıb, 554 nəfər vəfat edib, 8200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8095, ötən müddət ərzində isə ümumilikdə 627881 test aparılıb.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.