Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 5 yaşlı uşağa ORQAN KÖÇÜRÜLDÜ

  • 2017.12.13 14:09
  • 11251 Baxış
Azərbaycanda 5 yaşlı uşağa  ORQAN KÖÇÜRÜLDÜ
Ölkəmizdə transplantasiya əməliyyat edilənlərin 22 faizi uşaqlardır. Ən kiçiyi 5 yaşındadır.

 

Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanası transplant nefroloq Elnur Fərəcov deyib.

Nefroloq bildirib ki, dializə başlamadan orqan köçürmək daha uğurludur:


"Bəzən xəstələr və həkimlər arasında bu məsələdə yanlış yanaşmalar olur. Onlar düşünür ki, dializ olmadan orqan köçürülməsi doğru deyil. Yanlış fikirlərdən biri də şəkər və bir sıra xəstəlikləri olanların orqan köçürülməsinin təhlükəli olması barədə düşüncələrdir. Lakin böyrək transplantasiyasında yeganə əks göstəriş şiş xəstəlikləridir. Bu zaman isə şiş xəstəliyi əməliyyatından 2 il sonra biz orqan transplantasiyasını həyata keçirə bilərik”.


E.Fərəcov bildirib ki, orqan transplantasiyası xəstələrin yaşama şansını 8-9 dəfə artırır.