Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 44 yeni yoluxma, 1 ölüm - Bu günün rəqəmləri

  • 2020.04.21 17:40
  • 1630 Baxış
Azərbaycanda 44 yeni yoluxma, 1 ölüm    - Bu günün rəqəmləri

Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Medicina.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılıb.