Yanvar-aprel aylarında Azərbaycanda 40 min 36 körpə doğulub. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə dəyişməyərək eyni səviyyədə (12.1) qalıb.
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1144-ü əkiz, 60-ı isə üçəmdir.
Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dörd ay ərzində ölkədə 23 min 748 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8-dən 7.2-yə enib.