Azərbaycan Premyer Liqasının X turunda bu gün keçirilməli olan "Sabah" - "Səbail" matçı qonaq komandaya görə təxirə salınıb.
Bu barədə "dənizçilər"in müvəqqəti icraçı direktoru Fərəc Əliyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, dünən götürülmüş analiz nəticələri 4 futbolçuda müsbət çıxdığı üçün bu addım atılıb: "Amma onların heç birində simptomlar yoxdur. Həmin oyunçular bu gün səhər saatlarında təkrar testdən keçiblər. Nəticələr axşamadək bilinəcək. Bundan sonra oyunla bağlı yekun qərar veriləcək. Testlər mənfi olsa, qarşılaşma sabah baş tuta bilər".
Hazırda "Sabah"ın heyətində Təmkin Xəlilzadə, "Səbail"dən isə Kamal Qurbanlı koronavirusdan əziyyət çəkir.