Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 4-cü dozanın vurulması tövsiyə edilməyib

  • 2022.02.10 13:27
  • 1367 Baxış
Azərbaycanda 4-cü dozanın vurulması  tövsiyə edilməyib
“Hazırda Səhiyyə Nazirliyi tərəfindən COVID-19 əleyhinə dördüncü doza peyvəndin vurulması tövsiyə edilməyib”.

Medicina.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi ölkələr artıq koronavirus əleyhinə dördüncü dozanın vurdurulması qərarı verib: “Lakin Azərbaycanda bu gün üçün belə bir qərar yoxdur. İnsanlar öz istəyi ilə bu dozanı qəbul edə bilərlər. Hazırda 5-ci və 6-cı dozaların vurulmasının mənası barədə elmi araşdırmalar yoxdur. Bu baxımdan bir qədər səbirli olmaq lazımdır. Pandemiyanın gedişatı daim izlənilir. Nazirliyin tərkibindəki Elmi-Tibbi Şurada mütəxəssislər var. Onların iştirakı ilə mütəmadi iclaslar keçirilir, qabaqcıl ölkələrin təcrübəsi təhlil edilir və onlara əsasən ölkədə istənilən vaksinasiya rejimi tətbiq edilir”.