Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.