Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.Bu gün 6 100 koronavirus testi aparılıb.
Bu günə qədər Azərbaycanda 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Qeyd olunub ki, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.