Ötən ay Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə ümumilikdə 2 376 müraciət daxil olub.
Medicina.az xəbər verir ki, daxil olan müraciətlərdən 599-u sertifikatlaşdırma və qeydiyyat, 636-sı idxal-ixrac əməliyyatları, 150-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 25-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 116-sı işə qəbulla, 833-ü isə digər xarakterli müraciətlər olub.