Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 24 sentyabra yoluxma və ölüm SAYI

  • 2021.09.24 16:41
  • 1795 Baxış
Azərbaycanda 24 sentyabra yoluxma və ölüm  SAYI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb.