Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 21 xəstəyə buynuz qişa transplantasiyası keçirildi

  • 2022.11.22 14:19
  • 1229 Baxış
Azərbaycanda 21 xəstəyə  buynuz qişa transplantasiyası   keçirildi

19-20 noyabr 2022-ci il tarixlərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirilib.



"Medicina" xəbər verir ki, iki gün davam edən əməliyyatlarda müxtəlif patologiyalı 21 xəstəyə buynuz qişa köçürülüb.


Qeyd edək ki, əməliyyat texnikasının çətinliyini və həcmini nəzərə aldıqda ölkəmizdə bir ilk olaraq bir gündə 13 xəstəyə buynuz qişa transplantasiyası əməliyyatı icra edilib.


Əməliyyatlar Cəmil Həsənov tərəfindən həyata keçirilib. Əməliyyatda anestezioloq Fərhan Haqverdiyev, əməliyyat tibb bacısı Esmira Cəfərova, anestezist tibb bacıları Fidan Mövlamlı və Xəyalə Nadirova iştirak ediblər.