Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.
Bakupost.az xəbər verir ki, Bakı şəhəri üzrə bu rəqəm 4862 nəfər təşkil edib. Şəmkir, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır.
Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.
Qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.
İnfluenzaya yoluxan xəstələrə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə mütləq həkimə müraciət etmələri tövsiyə olunur.
Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar. Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsələrinə müraciət edə bilərlər. Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.