Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 21 038 narkoman var

  • 2018.05.01 14:20
  • 12674 Baxış
Azərbaycanda  21 038 narkoman var
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olub ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.


Medicina.az xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan AzVision.az-a verilən məlumata görə, onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21 038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 


2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.