Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 2022-ci il üçün səhiyyə xərcləri artırıldı

  • 2021.09.09 15:39
  • 2229 Baxış
Azərbaycanda 2022-ci il üçün səhiyyə xərcləri artırıldı


Azərbaycanda 2022-ci il üçün səhiyyə xərclərinin məbləği açıqlandı


2022-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə dair proqnoz açıqlanıb.

Medicina.az xəbər verir ki, bu barədə 2022-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.

Sənədə əsasən növbəti il xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsi olacaq.

Səhiyyə sahəsinin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması və bu istiqamətdə islahatların aparılması gözlənilir.

Həmçinin icbari tibbi sığorta sisteminin əhatə dairəsinin bütün ölkə ərazisini tam olaraq əhatə etməsi də prioritetdir.

Səhiyyə sahəsində mövcud çağırışlar nəzərə alınaraq sanitariya-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və əhalinin sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə ənənəvi dövlət proqramlarının həyata keçirilməsi vacib istiqamətlərdən olacaq.

2022-ci il üçün səhiyyə xərcləri 1 milyard 443 milyon 373 min manatdan çox proqnozlaşdırılıb. Bu, 2021-ci il dövlət büdcəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan proqnozdan çoxdur.

Belə ki, 2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 409 milyon manatdan çox göstərilib.