Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 2 uşağı olanlar cərrahi sterilizasiya etdirə biləcək

  • 2023.03.06 16:10
  • 2260 Baxış
Azərbaycanda 2 uşağı olanlar cərrahi sterilizasiya etdirə biləcək

Azərbaycanda bəzi şəxslər cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə biləcəklər

Azərbaycanda yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə biləcəklər.

"Medicina" xəbər verir ki, bu müddəa “Reproduktiv sağlamlıq haqqında” model qanun layihəsində əksini tapıb.

Qanun layihəsində ciddi müzakirələrə səbəb olan 16-cı maddə tibbi sterilizasiya ilə bağlıdır. Bu maddəyə əsasən, yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq məqsədilə cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə bilərlər.