Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini ötüb.
Operativ Qərargahdan Medicina.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2015 nəfər müalicə olunaraq sağalmış, 39 nəfər vəfat etmiş, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.